8 Noyabr 2020-ci il. Bu tarix xalqımızın tarixində ən mühüm və unudulmaz gündür. Beləki 44 günlük vətən müharibəsinin zəfər zirvəsidir. Yəni Şuşa şəhəri 29 ildən sonra düşmən işğalından azad oldu. Digər işğal altından azad olunan rayon və qəsəbələr kimi Şuşa şəhəri də düşmən tərəfindən dağıntılara məruz qalmışdır.
Burda yerləşən tarixi yerlərin, dahilərin evlərinin və ev müzeylərinin, büstlərinin, karvansaralar, məktəblər, məscidlər və s. düşmən vandalizmininin qurbanı olmuşdur. Şəhərin əvvəlki görkəminin bərpa olunması dövlətimizin qarşısında duran əsas və vacib prioritetlərdən biridir. Bunun üçündə bütün imkanlar səfərbər olunacaq.
Artıq şəhərin bərpası ilə bağlı bəzi proqram və layihələr hazırlanmışdır. Layihələrin bəziləri artıq Heydər Əliyev fondu tərəfindən icra olunur. 1982-ci il yanvar ayının 14-də Heydər Əliyev tərəfindən Qarabağ xanının vəziri və dövrünün görkəmli şairi olmuş Molla Pənah Vaqifin məqbərisi açılmışdır. Hal-hazırda həmin məqbərinin əvvəlki görünüşündən demək olar ki, əsar-əlamət qalmamışdır. Vaqifin məqbərəsinin və büstünün bərpası haqqında Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xüsüsi göstərişlər vermişdir.
Məqbərənin və büstün bərpasını Heydər Əliyev Fondu öz vəsaiti hesabına, özünəməxsus zövqlə və Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirəcəkdir. Düşmən işğalı zamanı burda mənfur düşmənlərimiz Vaqifin büstünü söküb onun yerində dükan tikmişlər. Büst əvvəlki yerində yenidən bərpa olunacaqdır. Erməni vandallığının, barbarlığının, qurbanları sırasında Pənahəli xan sarayı, Karvansaray-tarix memarlıq kompleksi, Şuşa dövlət Rəsm Qaleriyasının binası, Şuşa realnı məktəbi, İnternat məktəbi və s. olmuşdur.
Şuşa şəhərinin əsasını qoyan Pənahəli xan burda öz sarayını inşa etmişdir. Pənahəli xan sarayınıda işğaldan sonra məhv etmişdilər. Mərkəzi meydanda yerləşən XIX əsrdə inşa olunmuş Karvansaray-tarix memarlıq kompleksinin bərpası haqqında Azərbaycan Respublikasının prezidenti və Silahlı Quvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə məlumat verilmişdir. Burda bərpa işləri başlamışdır. Karvansaray-tarix memarlıq kompleksi bərpadan sonra öz əvvəlki görkəminə qayıdacaqdır. Şuşa dövlət Rəsm Qaleriyası 1982-ci ildə yaradılmış və 1992-ci ilə qədər fəaliyyət göstərmişdir. İşğaldan sonra mənfur düşmən buranı öz məqsədi üçün istifadə etmişdir. Bərpadan sonra yenidən Rəsm Qaleriyası kimi fəaliyyət göstərəcəkdir.
XX əsrin 80-cı illərin əvvəllərində Qarabağ mehmanxanası inşa edilmişdir. Bu mehmanxana baxımsızlıqdan tam yarasız hala düşmüşdür. Təmir bərpa işlərindən sonra mehmanxana öz müasirliyi ilə fərqlənəcək. Bura səfər edəcək qonaqların rahatlığı üçün tam müasir standartlara cavab verəcək. Burdakı qonaqları çox rahat qəbul edəcəkdir.
Dövlətimizin başçısına və birinci xanımına Şuşa şəhərində tarixi-dini abidələrin bərpası haqqında məlumat verilib. Şuşa şəhərində xüsüsi zövqlə inşa olunmuş Aşağı Gövhərağa məscidi, Yuxarı Gövhərağa məscidi və digər tarixi-dini abidələr yenidən bərpa olunacaq. Yenədə əvvəlki kimi bu məscidlərdə namazlar qılınar və ibadətlər həyata keçiriləcəkdir. Qarabağ otelində də təmir-bərpa işləri başlamışdır. Otelin bir hissəsi təmir olunmuşdur.
Öz gözəlliyi və möhtəşəmliyi ilə fərqlənəcəkdir. Qarabağ xalçaçılıq sənətinin öyrədilməsi, qorunması və saxlanması məqsədi ilə yaradılan Şuşa xalça müzeyi işğal zamanı çox ciddi ziyan dəymişdir. Bərpa təmir işlərindən sonra xalçalıq sənəti yenidən burda dirçələcəkdir. Park otelin yerləşdiyi bina tam təmir olunduqdan sonra qonaqları çox rahat və müasir səviyyədə qəbul edəcəkdir. Şuşa şəhərinə turist axınını nəzərə alaraq burda beş, dörd və üç üldüzlü otellər olmalıdır. Şəhər bərpa olunduqdan sonra, nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Buranın təbiəti, təmiz havası, saf bulaq suyu və mənzərəsi öz gözəlliyi ilə seçilir. Şəhərin ətrafı əsrarəngiz dağlarla əhatələnmişdir. Belə şəhəri xarabalığa çevirmək vəhşilik, vandallıq və barbarlıqdır. Şuşa realnı məktəbi dağıdılmış, xarabalığa çevrilmişdir.
İnternat məktəbinin ancaq fasad hissəsi qalmışdır. Şuşanın enerji təminatı ilə bağlı olan layihələrin bir hissəsi artıq həyata keçirilmişdir və davamlı olaraq həyata keçirilir. Çox qısa zamanda Şuşa yarımstansiyasının binası inşa olundu. Şəhəri dayanıqlı enerji ilə təmin edəcəkdir. Şuşa şəhəri əvvəlki kimi gecə və gündüz işıqlı olacaqdır. Şəhərin bərpası onun əvvəlki görkəminin əldə olunmasına və keçmişi ilə müasirliyi özündə tərənnüm edəcəkdir.
Əlbətdə ki Şuşa şəhərinin bərpası başda Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev olmaqla baş verir.