30 illik məğlubiyyət utancı, itirilmiş torpaqlar, viran qalmış yurd yerləri, el-oba həsrəti xalqın daxilində sanki bir boşluq yaratmışdır. Lakin buna baxmayaraq, hər bir azərbaycanlının qələbəyə və tarixin ədalətin bərpasına olan inamı itməmişdir, əksinə illər keçdikcə torpaq və Vətən sevgisi bu inamı daha da möhkəmləndirirdi. Sülhsevər xalqımızın bu həsrətə illərlə qatlanmasının bir səbəbi də Qarabağ probleminin sülh yolu ilə həll edilə biləcəyinə inamının olması idi. Ali Baş komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayırdı ki, hansı yolla olursa olsun biz torpaqlarımızı azad edəcəyik. Əgər sülh yolu ilə ərazilərimizin qaytarılması mümkün olmazsa biz bunu hərb yolu ilə edəcəyik və buna qadirik.
Mənfur düşmənin törətdiyi təxribatların son zamanlarda daha da çoxalması Qarabağda yeni müharibənin başlanmasını qaçılmaz edird. Ermənilər hələ 90-cı illərin eyforiyasında ikən, Azərbaycan Dövləti Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində iqtisadi, siyasi, hərbi sahələrdə yeni-yeni uğurlara imza atır və inkişaf edirdi. Dövlətimiz, təməli hələ Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətini davam etdirərərk, ciddi nizam-intizama malik, ən müasir silahlarla təchiz edilmiş XXI əsrin ordusunu formalaşdırmışdır. Hökumətimizin yürütdüyü milli mənəvi dəyərlərə xidmət edən məqsədyönlü siyasaət Azərbaycan ərazisində yaşayan türk və qeyri türk etnosları, uşaqdan böyüyə hamını bir amal uğrunda sıx birləşdirmişdir.
Nəhayət 27 sentyabr düşmənin törətdiyi növbəti təxribata cavab olaraq Ali Baş Komandan orduya əks hücum əmri verməsi ilə İkinci Qarabağ müharibəsi, sözün əsl mənasında qurtuluş müharibəsi başladı. Müharibənin elə ilk günü Qaraxanbəyli kəndi düşmən işğalından azad edildi. Beləliklə ordumuzun Zəfəryürüşü başladı. “Qarabağ Azərbaycandır!” şüarı ilə yola çıxan Müzəffər ordumuz hər yeni gün yeni zəfər müjdələri ilə xalqımızı sevindirərək, illərin həsrətinə son qoyaraq, bizi Qarabağımıza, Qarabağımızı bizə qaytardı. Qarabağı görməyən, lakin qəlbi və ruhu ilə o torpaqlara bağlı olan igidlərimiz təkcə torpaqlarımızı deyil, şəhidlərimizin narahat ruhlarını da düşmən əsirliyindən azad etdilər.
44 gün davam edən Vətən müharibəsi gedişində ordumuz düşmənin yalnız hərbi birləşmələrini, silah-sursat təchizatlarını, hərbi obyeklərini məhv edərək, onları torpaqlarımızadan qovaraq ard-arda şəhər, qəsəbə və kəndlərimizi düşmən tapdağından xilas etdilər. Qaraxanlıda başlayıb Şuşada bitən Zəfər yolunda igid əsgər və zabitlərimizin göstərdiyi əzəmət və qəhrəmanlıqlar xarici ölkələrdə belə heyrətə səbəb oldu. Erməni faşistlərindən fərqli olaraq Azərbaycan ordusu müharibə qanunlarını pozmamış, mülkü əhaliyə qarşı müharibə aparmamaışdır, elə bunun nəticəsidə də müharibə gedişində ermənilər tərəfindən mülkü əhali arasında itki çox az sayda qeydə alınmışdır ki, onlar da əsasən hərbi əməliyyatlarda iştirak edənlərdir.
Qəhrəman ordumuz Ali Baş Komandanın əmrini və xalqın arzusunu şərəflə yerinə yetirərək, Vətən qarşısındakı borclarını layiqincə ödəyib, “Dəmir Yumruq” əməliyyatını qələbə ilə sonlandırdılar. Bu yolda şəhid olmuş Vətən oğullarının qarşısında baş əyib, bu qələbəni bizə yaşadan qazilərimizə minnətdarlığımızı bildiririk.