Martın 16-da şəhər 6 nömrəli tam orta məktəb-liseyin kollektivi, məktəbin bir qrup şagirdi və şəhidin yaxınları ilə birlikdə xüsusi karantin rejimi qaydalarına riayət edilməklə məktəbin müəllimi, şəhid baş leytinant Etiram Hüseynlinin məzarını ziyarət ediblər.
Məktəbin rəhbərliyi və şəhidin yaxınları şəhid baş leytinant Etiram Hüseynlinin həyatı barədə şagirdlərə geniş məlumat verib və şəhidin necə vətənsevər və cəsur olduğu barədə danışılıb.
Şəhidin yaxınları ölkə rəhbərliyinə şəhid ailələrinə və qazilərə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.