Bu gün bütün sahələrdə, o cümlədən siyasi islahatlar sahəsində ən müasir təcrübə Azərbaycanda tətbiq edilir. Azərbaycan geniş miqyaslı islahatlar aparır, bu islahatların nəticələri gündəlik həyatda ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nəaliyyətlərdə əksini tapır. Azərbaycanın ugurlu enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizinin yaranmasına gətirib çıxardı, eyni zamanda bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formaları yaradıb.
Azərbaycan yeni dövrə qədəm qoydu. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düşünülmüş və düzgün atmalıyıq ki, əldə etdiyimiz uğurları qoruyaraq, daha yeni nəaliyyətlərə və qələbələrə imza ata bilək.
2021–ci il martın 5-də YAP-ın Vll qurultayı keçirilib. Qurultayda Azərbaycanın bütün bölgələrini rayon və şəhər təşkilatlarını təmsil edən 194 nümayəndə iştirak edib. YAP-ın Vl qurultayından 3 il ötür. Ötən 3 il ərzində Prezident və parlament seçkiləri keçirilib.
Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası qarşıya birinci dərəcəli vəzifə kimi qoyulub və buna nail olunub. Bu seçkilərdə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoyub. YAP-ın fəaliyyətinin tənzimlənməsinin yeni, çevik mexanizmlərin yaradılması aktual idi. Bu məsələlər partiyanın qurultayı tərəfindən təsdiq edilən yeni nizamnaməsində öz əksini tapıb. Dost partiyaların YAP-a qoşulması çox əlamətdar hadisədir.
Bu siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addimdir və eyni zamanda, göstərir ki, YAP-ın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nəaliyyətlər dost partiyalar üçün də cəlbedicidir. YAP nəinki Azərbaycanın, cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. YAP-ın yenilənmiş formada, o cümlədən rəhbər orqanlarında təmsil olunan üzvləri nəzərə alsaq, daha fəal olacaq, qarşıda duran vəzifələri daha fəal icra edəcəkdir.
Ölkəmizdə tolerant mühitin, etnik-dini icmalar arasında dostluq, mehriban münasibətlərin qorunmasına, Azərbaycanın multikulturalizm mərkəzlərindən biri kimi təbliginə bundan sonra da xüsusi diqqət yetrilməlidir.
Müstəqilliyin bundan sonrada möhkəmləndrilməsi işində YAP və bütün cəmiyyət fəal olmalıdır. Təhsil müəssisələri gənc nəslin tərbiyə edilməsinə xüsusi diqqət yetirməlidir. Veteranlar şurasının üzvləri də bölgələrdə gənc nəslin nümayəndələri ilə görüşlər keçirərək 90-cı illərin həqiqətləri, xarici dairələrin məkrləri haqqında gəncləri maarifləndirməlidirlər. Böyük qayıdış proqramı icra olunmaga başlayanda məcburi köçkünlərin öz dogma torpaqlarına qaytarılması prosesində də sosial ədalətin gözlənilməsi üçün YAP fəalları öz rolunu oynamalıdırlar. Vll qurultay köhnə və yeni nəsil siyasətçilər arasında balansın qorunması, yeni dövrə agrısız keçidin təmin edilməsi baxımından ideal düstur təqdim edə bildi. Partiya yeniləndi, eyni zamanda qurucularla yeni nəsil arasında rabitə itirilmədi, Veteranlar şurası yaradıldı. Partiyada birinci müavin postu təsis olundu və post ölkənin Birinci vitse-prezidenti Meriban xanım Əliyevaya həvalə olundu. Hakim partiya olaraq YAP özünü dövlət sisteminə uygunlaşdırdı.
Azərbaycan ikinci Qarabag müharibəsinin təcrübəsindən istifadə edərək, zəif yerləri aradan qaldıracaq, daha modern, daha üstün ordu quracaq. Beynəlxalq hərbi ekspertlər deyir ki, Azərbaycan XXl əsrin müharibəsini aparıb. Biz elə planlaşdırmalıyıq ki, bəlkədə əlli ildən sonra XXll əsrin müharibəsinə də hazır olaq. Bu gün müharibədən sonra yeni dövr başlayır. İndi Qarabağın bərpası ilə baglı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüdətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın və daim Azərbaycan xalqı təhlükəsiz şəraitdə öz dədə-baba torpagında yaşasın. Ulu Öndərin rolu, 90-cı illərin xəyanətləri, son 17 ildə əldə edilmiş iqtisadi diplomatik siyasi ugurlar, İkinci Qarabag müharibəsində diplomatik və hərbi cəbhənin mübarizəsi dərsliklərə salınmalı, tarixdə yaşadılmalıdır.
Prezident İlham Əliyev: Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar və bundan sonrada bir ailə kimi yaşayacaqlar.
İkinci Qarabag müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuş, Vətən ugrunda vuruşmuşlar, Azərbaycan bayragı altında ölümə gedirdilər. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabagında baş əymir, heç kimə hesabat vermir. 30 ildən sonra biz müstəqillik gününü qürur hissi ilə qarşılayırıq.
Müstəqilliyimizin daimi və əbədi olması üçün hər kəs öz üzərinə düşən işi vicdanla yerinə yetirməlidir.