Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Söz dünyasının günəşi” onlayn respublika yaradıcılıq müsabiqəsində 16-24 yaş qrupu üzrə Lənkəran şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Həsənova Natavan Anar qızı və şəhər 10 nömrəli tam orta məktəbin şagirdi Şahmarova Jalə Cavid qızı I yerə, 10-15 yaş qrupu üzrə şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin şagirdi Heydərova Zeynəb Babək qızı və Kənarmeşə kənd tam orta məktəbin şagirdi Mustafazadə Şəlalə Əzim qızı həvəsləndirici yerə layiq görülüblər.
Martın 15-də Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva şeir müsabiqəsinin qaliblərini təbrik edib, onlara diplomlar təqdim edərək təhsildə uğurlar arzulayıb.