Martın 15-də Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və metodkabinet müdiri Zaur Ağazadə rayonun Liman şəhər 1, 2 nömrəli, Qumbaşı və Şirinsu kənd tam orta məktəblərinin rəhbər heyyəti və buraxılış siniflərində Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərini tədris edən müəllimlərin iştirakı ilə mövcud pandemiya qaydalarına uyğun şəkildə zona seminarı keçirib.
Seminarda 2019-2020-ci tədris ilində IX siniflərdə imtahan nəticələrinin təhlili və bu istiqamətdə irəliləmə və bəzi hallarda geriləmə dinamikası müzakirə olunub. Məhsuldar iş prosesində keçən seminarda mövcud karantin şəraitində tədrisin təşkili, fənn olimpiadalarının rayon turunun nəticələri ətraflı müzakirə olunub.
Tədbirlərimiz davam edir.