14.03.2021

Müstəqilliyə doğru atılan addımlar

90-cı illərin əvvəllərində formalaşan antimilli hakimiyyətin fəaliyyəti nəticəsində sonrakı illərdə Azərbaycanda yaranan xaos torpaqlarımızın işğalını qaçılmaz etdi. O dövrdə hakimiyyətdə vahid komandanın olmaması, komanda üzvlərinin bir-birinə xəyanət etməsi nəticə etibarilə milli maraqlarımıza zərbə vururdu, belə bir şəraitdə əlbəttə ki, əsla milli maraqları qorumaq olmazdı. Beləliklə o dövrün ictimai-siyasi hadisələrinin ümumi xarakteristikasını nəzərdən keçirsək AXC-Müsavat birliyinin səriştəsiz fəaliyyətini açıq aşkar görə bilərik. O günləri, o ayları təsəvvür etmək üçün, bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir. Hakimiyyət uğrunda mübarizə, milli maraqların arxa plana çəkilməsi, xalqla hakimiyyət arasında dərin bir uçurumun mövcudluğu. Bax, bu idi o vaxt gənc müstəqil Azərbaycanın mənzərəsi. Belə olan vəziyyətdə ölkə necə inkişaf edə bilərdi?

1990-cı il iyulun 20-də Moskvadan qayıdan H.Əliyev Naxçıvana getdi və siyasi fəaliyyətini orda davam etdirdi. Onun iştirakı ilə keçirilən Naxçıvan MR Ali Sovetinin Sessiyasında 20 yanvar hadisələrinə düzgün siyasi qiymət verildi. AXC-nin 3 rəngli bayrağı NMR-ın rəsmi bayrağı kimi qəbul edildi. 1992-ci ilin mayında Naxçıvan ilə Türkiyə sərhəddində “Ümid körpüsü” adlandırılan Sədərək körpüsü tikildi. Naxçıvan aeroportu yenidən quruldu. Həmin ilin sonunda isə Rusiya sərhəd dəstəsinin sonuncu əsgər və zabitləri səlahiyyətlərini təhvil verrərək respublikanı tərk etdilər.

1992-ci il iyunun 7-də AXC-nin sədri Əbülfəz Elçibəy Azərbaycan respublikasının prezidenti seçildi. Lakin kadr siyasətindəki səhvlər, idarəçilikdə yol verilən ciddi qüsürlar xalqı ondan uzaqlaşdırdı.

Təsadüfi deyil ki, erməni lobbisinin təkidi ilə 1992-ci ilin oktyabrında ABŞ konqresi “Azadlığı Müdafiə aktına”na 907-ci düzəlişi etdi və Azərbaycana ABŞ-ın dövlət səviyyəsində hər cür, hətta humanitar yardım göstərməsi qadağan olundu. Dövlətin apardığı birtərəfli xarici siyasətin nəticəsi olaraq Azərbaycan Ermənistanın təcavüzkar siyasətinə qarşı beynəlxalq aləmdən lazımı dəstəyi ala bilmədi. Bir növ haqqlı ikən haqsız duruma düşdü.

Nəhayət dövlətin maraq və mənafelərini düşünən Azərbaycanın 91 nəfər tanınmış ziyalısı 1992-ci ilin oktyabrın 16-sında “Səs” qəzeti vassitəsi ilə Heydər Əliyevə müraciət etdi və onun böyük siyasətə qayıdışını Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması üçün çox vacib olduğunu bildirdilər. Bununlada sanki üstümüzdəki qara buludlar dağılmağa başladı.

Ölkəni mövcüd böhrandan xilas etmək üçün 1992-ci ilin noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev onun sədri seçildi. Kağız üzərində olan müstəqilliyimizin həqiqətdə reallaşması üçün şərait yarandı.

Məhz onun uğurlu daxili siyasəti nəticəsində heçdə təsadüfi deyil ki, 1 il sonra xalq yekdilliklə prezident seçkilərində Heydər Əliyevə etimad göstərdi.

H.Əliyevin andiçmə mərasimindəki çıxışından;

“Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm.”

H.Əliyevin prezidentlik dövündə 1994-cu il mayın 8-də imzalanan Bişkek protokoluna əsasən mayın 12-də Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəs elan olundu

1995-ci il noyabrın 12-də ilk dəfə parlament seçkiləri keçirildi. 1998-ci ildə şərqdə ilk dəfə olaraq ölüm hökmü ləğv edildi. Konstitusiya məhkəməsi yaradıldı. 1999-cu ilin dekabr ayında ilk bələdiyyə seçkiləri keçirildi. 1999-cu ildə Bakı-Supsa neft kəməri istifadəyə verildi. Həmin ildə xam neftin Bakı-Tibilisi-Ceyhan neft kəməri ilə ixracı haqqında müqavilə imzalandı. 2001-ci ildə ölkə qazının Bakı-Tibilisi-Ərzurum qaz kəməri ilə dünya bazarına çıxarılması haqqında Azərbaycan Türkiyə və Gürcüstan arasında saziş imzalandı. 2001-ci ilin payızında H.Əliyev AŞ Parlament Assambleyasında çıxış etdi.

Ölkəmizin müstəqillik tarixi xalqı və dövləti qarşısında göstərdiyi xidmətlərə görə məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.


Açar sözlər: