Martın 11-də Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Lənkəran Şəhər Təhsil Şöbəsinin və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə karantin rejimi qaydalarına riayət olunmaqla, məktəblilər üçün “Sağlam yaşam tərzi” devizi altında narkomaniya, tütün və digər zərərli vərdişlərin mənfi təsiri və koronavirus infeksiyasından qorunmaqla əlaqədar Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə və R.Məmmədov adına 5 nömrəli tam orta məktəbdə maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva, Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəisi Mikayıl Cəfərzadə və idarə kollektivi, Şəhər Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun Baş inspektoru kapitan Fazil Bağırov iştirak edib.
Tədbir zamanı şagirdlərlə narkomaniyanın insan orqanizminə və gələcək həyatına mənfi təsiri barədə və koronavirus infeksiyasından qorunmaqla əlaqədar maarifləndirici söhbətlər aparılıb.
Eyni zamanda Lənkəran Şəhər Gənclər və İdman idarəsinin hazırladığı maarifləndirici bukletlər şagirdlərə paylanılıb və maarifləndirici banerlər məktəblərin giriş və çıxışlarında yapışdırılıb.
Məlumat üçün nəzərinizə çatdırırıq ki, bu istiqamətdə tədbirlər davam etdirilir.