10.03.2021

Şəhər 6 nömrəli məktəb-liseydə rəsm müsabiqəsi keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibəti ilə “Nizami Gəncəvi ili” elan edilib. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması hər zaman böyük ruh yüksəkliyi ilə qeyd olunub.

Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəb-liseyin məktəbliləri Nizami Gəncəvi yubileyinə həsr olunmuş rəsm müsabiqəsində öz vətənpərvərlik duyğularını təqdim ediblər. Müsabiqə şərtlərinə əsasən qaliblər Fəxri fərmanla təltif olunub. Tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları S.Kələntərli və N.Rəhimova iştirak ediblər.

S.Kələntərli müsabiqə qaliblərini Təhsil Şöbəsinin adından təbrik edib.


Açar sözlər: ,  ,