10.03.2021

Respublika fənn olimpiadaları marafonu davam edir

Martın 10-da Lənkəran şəhər 5 nömrəli tam orta məktəbində Respublika fənn olimpiadalarının zona mərhələsi keçirilib.

Zona mərhələsində Lənkəran məktəbliləri ilə yanaşı Astara və Lerik rayonlarından zona turuna vəsiqə qazanmış şagırdlər iştirak edib. Ümumilikdə zona mərhələsinə 199 şagird qatılıb.

Lənkəran Şəhər Təhsil Şöbəsi bütün iştirakçılara ugurlar arzulayır.