Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qələbə çaldı. Qələbəyə gedən yolun təməli isə Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu.
Beləki ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəlində Azərbyacan xalqı çox çətin siyasi durumda idi. Bir tərəfdən mənfur erməni silahlı qüvvələrinin Qarabağda törətdiyi vəhşiliklər, torpaqlarımızın işğal olunması, digər tərəfdən isə ölkəmizin daxilində gedən siyasi oyunlar, hakimiyyət uğrunda gedən siyasi çəkişmələr ölkəni parçalamaq təhlüküsi ilə üz-üzə qoymuşdu.
Belə bir siyasi xaos şəraitində Heydər Əliyev ölkəmizi düşdüyü bu vəziyyətdən çıxarmaq, siyasi parakəndliliyi ortadan qaldırmaq, xalqın dövlət ətrafında birliyini təmin etmək, ermənilərin Dağlıq Qarabağda apardıqları müharibəni dayandırmaq və torpaqlarımızın ərazi bütövlüyünü bərpa etmək üçün bütün var qüvvəsini və siyasi iradəsini səfərbər edərək Azərbaycan xalqının ona çağırışına cavab olaraq siyasi hakimiyyətə qayıtdı. Beləliklə Azərbaycan xalqının taleyində və tarixində yeni bir mərhələ başlandı.
Hələ 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) əsasını qoyan Heydər Əliyev Azərbaycan xalqını bu partiyada sıx birləşdirdi. Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının aliliyini hər şeydən üstün tutaraq, torpaqlarımızın ərazi bütövlüyünü bərpa etmək üçün daxili və xarici siyasətdə uzaqgörən, diplomatik tədbirlər gördü.
Məhz onun rəhbərlik etdiyi YAP tezliklə ölkəmizi kritik xaosdan çıxararaq vətəndaşyönümlü cəmiyyət, xalq-hakimiyyət birliyini bərpa etdi. İstər hakimiyyətdən əvvəl, istərsə də hakimiyyətdə olduğu müddətdə Ulu Öndər ermənilərin xalqımızın başına gətirdiyi müsibətləri, Qarabağda baş verən siyasi həqiqətləri dünyaya yaymağa başladı. Xarici siyasətdə regionda baş verən hadisələri düzgün qiymətləndirən Heydər Əliyev 1994-cü ildə Ermənistanın başladığı Dağlıq Qarabağ və ətraf ərazilərdə apardığı müharibənin və atəşin dayandırılması haqqında Ermənistan Respublikasının rəhbərliyi ilə Bişkek Protokolunu imzaladı.
Bu hadisə Azərbaycan dövlətçiliyinin daxili və xarici siyasətində böyük bir səhifə açdı.