10.03.2021

Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət qələbəmizi təmin etdi

Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi məktəbin layiqli davamçısı, xalqın sevimli övladı İlham Heydər oğlu Əliyev bu yolu uğurla davam etdirdi. Prezident İlham Əliyev tərəfindən  əsas meyar olan  xalq-dövlət, dövlət-xalq  ideologiyasına xidmət edən nümunəvi, demokratik  dövlət-cəmiyyət  formalaşdı. XX əsrin sonu XXI əsrin əvvəlində həyata  keçirilən düzgün daxili və xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazda aparıcı dövlətə çevrildi. Regionda əsas söz sahibi olan Azərbaycan və ölkəmizin yerləşdiyi geosiyasi məkan dünya dövlətlərini ölkəmizə daha da yaxınlaşdırdı. Xarici siyasətdə qurulan düzgün siyasi və iqtisadi əməkdaşlıqlar nəticəsində Azərbaycan Avropaya inteqrasiya edərək Dünya dövlətinə çevrilib. Hər zaman dünyanın aparıcı beynəlxalq arenalarında çıxış edərək Azərbaycan torpaqlarının ərazi bütövlüyünün yalnız və yalnız Qarabağın və ətraf ərazilərinin ölkəmizə qaytarılması ilə mümkün olacağını bildirən Cənab Prezident İlham Əliyev bunu həm də Azərbacan xalqının haqlı istəyi,  tarixi ədalətin bərpası  kimi qiymətləndirilməsini tələb edirdi.

2020-ci il sentyabrın 27 də Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması Azərbaycan xalqını haqq yolunda savaşa, tarixi ədalətin bərpası üçün silaha sarıdı. Məhz o gün həm dövlətimiz həm da xalqımız üçün böyük bir siyasi iradəlilik, əzmkarlılıq başladı. Azərbaycan Respublikası Silahlı Bölmələrinin Ali Baş Kamandanı, xalqımızın sevimli oğlu cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi “Dəmir Yumruq”, “Polad Bilək”  əməliyyatı xalqımızın yaşadığı Qarabağ müharibəsinin ikinci mərhələsi-44 günlük Vətən müharibəsi Zəfər müqaviləsi ilə başa çatdı.

Bu 44 gün Azərbaycanın dövlətçilik tarixində cox böyük hadisə oldu. Dünyanın bütün dövlətlərənin maraqla izlədiyi, Qafqazın ən böyük müharibəsi sayılan Vətən müharibəsi həm də dünyada bir ilk idi. Beləki Ali Baş Komandan İlham Əliyevin  iilərlə xarici siyasətdə aparılan  danışıqlarda Azərbaycan-Ermənistan  arasında olan münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olmasını bildirmiş, lakin münaqişə həll  olunmadığı təqdirdə   tarixi, əzəli torpaqlarımızın qaytarılması yolunda hərbi əməliyyatlara hazır olduğunu bildirmişdi.

Siyasi danışıqlar masasından hərbi əməliyyatlara keçən bu münaqişə Azərbaycan ordusunun dünyanın ən güclü ordusu olmasını sübut etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın Şanlı Ordusu və bu Ordunun  igid, cəsur, fədakar oğulları  otuz illik münaqişənin və iki  yüz ildən artıq olan tarixi ədalətsizliliyi xalqın üzərindən götürdü. Xalqımız istər arxa cəbhədə istərsə də ön cəbhədə “Dəmir Yumruq” iradəsinin söz sahibi sevimli Prezidentimiz İlham Əliyevin ətrafında bir yumruq olaraq Ermənistan dövlətinin və Ermənistan  Ordusunun başını əzdi. Şanlı Azərbaycan  Ordusu Ermənistanın öz xalqının gözündə çevirdiyi sanki məglubedilməz  saydığı ordusunu  darmadağın etdi. Min cür oyundan çıxaraq otuz ilə yaxın torpaqlarımızı əlində saxlamağa çalışan Erməni silahlı qüvvələri 44 gün ərzində Şanlı Ordumuz tərəfindən təmizlənərək azad edildi.

Tarixə “Vətən müharibəsi”, “Qarabağ savışının ikinci mərhəsi” kimi daxil olan haqlı müharibəmizi  dünyanın aparıcı güc strukturları,  dünya mediası da diqqətlə izləmiş və siyasi şərhlər vermişdi,  Münaqişə  dövründə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xarici mediaya verdiyi bütün müsahibələrində müharibənin Azərbaycan torpaqalarının ərazi bütövlüyünün tam bərpa olunması nəticəsində başa çatmasının mümkün oldugunu çatdırmış,  heç bir siyasi iradənin Azərbaycan xalqının iradəsindən üstün olmamasını böyük qətiyyətlə bildirmişdir.

Həm müharibə meydanında həm də beynəlxalq informasiya məkanında erməniləri məğlub edən Azərbaycan  Şanlı Ordusunun Ali Baş Komandanı, Ümummilli liderimiz , Ulu Öndər Heydər Əliyevin yadigarı xalqımızın  sevimli oğlu İlham Əliyev Ermənistanı danışıqlar masasına otuzdurdu. 2020-ci il noyabrın 10-da məğlub Ermənistan ordusu və dövlətinin baş naziri  Azərbaycan və Rusiya  prezidentləri ilə birgə bəyanat imzaladılar. Bu bəyanət mahiyyət etibarilə Ermənistanın kapitulyasiya şərtlərindəki bütün öhdəliklərini yerinə yetirməli olduğunu, bir sözlə Koçaryan və Sarkisyan  hakimiyyətinin başladığı müharibənin Paşinyan hakimiyyətinin məğlub olması ilə sübut  etdi.  Hərbi kompaniya dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd və çoxsaylı yüksəkliklər azad olundu.

Beləliklə, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində  Azərbaycan  dövləti apardığı haqlı müharibədə qalib oldu. Tarixi ədalət məhz öz siyasi birliyimiz və iradəmiz əsaında Xalq-Ordu-Dövlət prinsiplərinə söykənərək  bərqərar oldu.


Açar sözlər: