09.03.2021

Münaqişə 28 ildə həll edilmədi

Ermənistan bu illər ərzində də atəşkəsə əməl etmir, irimiqyaslı təxribatlar törətmək istə­yir­, işğal etdiyi ərazilərdən Azərbaycanın ərazilərini müntəzəm atəşə tuturdu. Azər­bay­ca­nın ordu hissələri düşmənin atəş mənbələrini susdururdu. 2015-ci ilin avqustunda, 2016-cı ilin aprelində döyüşlər oldu. Azərbaycan Ordusu mühüm qələbələr qazandı, Azər­bay­can Respublikasının Prezidenti bu qələbələri yüksək dəyərləndirdi.

2020-ci ilin iyulunda Ermənistan dövlət sərhədini pozmağa cəhd etdi. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını qə­tiy­yət­lə aldı, ağır itkilərə mə­ruz qalan düşmən geri çəkildi.

Düşmən gərək biləydi ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bunları nəzərə almadığına görə bu ilin sentyabr ayının 27-də də müxtəlif təyinatlı silahlardan, artilleriya qurğularından is­­ti­fadə etməklə təmas xəttini keçməyə, təxri­bat­lar törətməyə cəhd göstərdi. Ordu hissələrimiz  bu hücumun da qarşısını qətiyyətlə aldı, Ali Baş Ko­mandanın əmri ilə əks-hücum əmə­liy­yatına başladı.

Sentyabrın 27-nə kimi əsgərlərimiz ma­hiy­yəti torpaq­la­rı­mı­zın işğaldan azad edilməsi olan döyüş növbətçiliyini döyüş əzmiylə, döyüş əzmini tamamlayan qələbə ruhuyla apa­rırdı.  Bu niyyət Vətən müharibəsində ger­çək­ləş­di.

Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı torpaqlarımızı işğaldan azad edə­cək döyüşlər Vətən müharibəsi kimi davam etdirildi. Azərbaycan Ordusu qətiyyətiylə, döyüş və mənəvi-psixoloji hazırlığıyla düşmənin illərlə möhkəmləndirdiyi müdafiə qurğularını dar­ma­dağın etdi. Bu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq təşkilat­la­rın həll edə bil­mə­diyi, bəlkə də biganəliklə, qərəzliklə həll etmək istəmədiyi münaqişənin qətiyyətli həlli idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin Baş Klinik Hos­­pitalında müalicə olunan hərbçilərlə görüşündə Vətən müharibəsində Azərbaycan döv­lə­ti­nin niyyətini bildirdi: “Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istə­di­yimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bər­pa edəcək”. Bu kəlamlar ölkə başçısının qətiyyətlə dediyi  “...biz hər halda bu torpaqları qay­taracağıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyin bahasına olsa,qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yolu ilə, lakin qaytara­ca­ğıq.” kəlamı ilə səs­lə­şir. Biri digərinin məntiqi davamı olan bu kəlamlar  döyüşənlərin döyüş əzmini, döyüşə sev­gi­sini, qələbə ruhunu kük­rət­­di. Vətən müharibəsi hamını əsgərləşdirdi. Dö­yüş­lərin ilk gün­lə­rində minlərlə gənc döyüşlərə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdi. Hamının ürəyi döyü­şən­lərin yanındaydı. Bu, Vətən müharibəsi idi. Kifayət qədər yüksək döyüş hazırlığına malik olan Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrini qələbələrlə davam etdirdi.

Döyüşlərdə ağır itkilərə məruz qalan Ermənistan yenə havadarlarına müraciət etdi, Azər­baycanın atəşi dayandırmasını xahiş etdi. Bu, məğlubiyyət ərəfəsi idi.  Moskvada humanitar atəşkəs haqqında sənəd imzalandı. Sənəd imzalanan günün gecəsi Ermənistan Gəncəyə raket zərbəsi endirdi. Bu fakt Ermənistanın riyakarlığının, işğalçı dövlət olduğunun, işğal etdiyi tor­paq­lardan çıxmaq istəmədiyinin təsdiqi kimi anlaşıldı. Azərbaycan Ordusu düşmənin riya­kar­lığını döyüşlə, qətiyyətli azərbaycançılıq döyüşləriylə ödətdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın müxtəlif  tele-kanallarına müsahibələrində münaqişənin ma­hiy­yəti, sülh yolu ilə həlli istiqamətində səylər, işğalçı dövlətin danışıqlardan yayınması, dövlət sərhədlərini pozmaq cəhdləri və s. haqqında ətraflı məlumat verdi. Dünya ictimaiyyəti Azər­bay­can Prezidentinin qətiyyətini gördü, dövlətə, dövlətçiliyə, azərbaycançılığa sədaqətini gör­dü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də xalqa müaciətində dedi:"İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər, əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil...".  Bu şərt işğalı sonlandırma şərtidir. Bəşəri dövlətlər bu şərti tarixi ədalətin, haqqın şərti bildilər. Ancaq dövlət siyasətinin mahiyyəti işğalçılığa meyil, terrora meyil, özgə ərazilərinə meyil olan bir dövlətin belə bir şərtə əməl edəcəyinə inanmadılar. Çünki bu şərt onun illərlə yaşatdığı xülyanın sonu deməkdir. Azərbaycan isə Ali Baş Komandanın sərkərdəliyi ilə məhz bu son üçün Vətən mü­ha­ribəsindədi.

Xudafərin körpüsü işğaldan azad edildikdən sonra gizir Raquf Əliyev "Hər birimizin istəyini, niyyətini hərbi xidmət ümumiləşdirir. Hamımız Ali Baş Komandanın əmriylə döyüş­mək, torpaqlarımızı azad etmək niyyətiylə xidmət etmişik. Döyüşlər başladı. Əks-hücum əmə­liy­yatı kimi davam edən döyüşlərin iştirakçısı olmaq mənim hərbçi taleyimin uğurudur.”

Vətən müharibəsi tarixi müharibədir. Vətən müharibəsi vətənpərvərliyin işğalçılıqla dö­yü­şüdür. Azərbaycan əsgəri döyüş-döyüş irəliləyirdi, yaşayış məntəqələrimizi ermənisiz­ləş­di­rərək irəliləyirdi, düşməni çığnayıb keçərək irəliləyirdi - Şuşaya yaxınlaşırdı.

İctimaiyyət bilirdi ki, Vətən müharibəsi Böyük Qələbə üçündür, Vətən müharibə­sinin  iş­ti­rak­çılarına güvənirdi, inanırdı ki, Ali Baş Koman­da­nın sərkərdəliyiylə bu döyüşlər Bö­yük Qələbəylə tamamlanacaq!..

Suqovuşanın, Cəbrayılın, Füzulinin, Xudafərinin sevinci Azərbaycan Ordusunun zəfər yürü­şü­nün ilk qələbələri kimi yaşanıldı.

Xudafərinin işğaldan azad edilməsi də böyük, çox böyük coşqularla qarşılandı. Əsgər Adəm Məmmədov qələbədən sonra onu, onun döyüşçü yoldaşlarını təbrik edənlərə demişdi: "Xudafərinin üç orta tağı qalır, kənar tağları dağıdılıb. O tağları tariximizə azərbaycançılığa qəsd kimi 30-cu illərdə SSRİ hökuməti dağıdıb. Biz bunun bərpasının qələbəsini qazandıq”. Qələbədən sonra döyüşçülərə deyilmişdi ki, Xudafərin Bəkr ibn Ab­dul­lahın körpüsüdür, Alla­hın körpüsüdü, Allahını tanıyanların, Allah adamlarının, xeyirxahların, insanlığa, bəşəriliyə xid­mət edənlərin körpüsü olub, Azərbaycan əsgərinin qalibiyyətinin, ruhu­nun  nəticəsi olan bu tarixi gündən - 18  oktyabrdan sonra da bəşəriliyə belə xidmət edəcək". Və hamı ruhundan boy göstərən 18 oktyabr tarixini həm də Xu­da­fərinin yeni doğum tarixi kimi qeyd edəcək.

“Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz.  Biz haqq  yolundaylq. Biz qalib gə­lirik. Biz zəfər çalırıq və biz öz tor­paqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edə­cəyik”, – xalq Ali Baş Komadanın bu kəlamlarını  Vətən müharibəsinin qəti qələbə ilə başa çatacağına zəmanət bilirdi.

Azərbaycan əsgərinin qələbə ruhunun təntənəsi kimi işğaldan azad edilmiş torpaqları­mız­­da qalibiyyət bayrağı dal­ğalanır. Azərbaycan əsgəri göy üzünün könülxoşluğunu  28 ildən sonra özünə qaytardı. Ha­mı noyabrın 8-ni – Şuşanın işğaldan azad edildiyi günü də,  noyabrın 10-nu – Vətən mühari­bə­sinin başa çatdığı günü də Azərbaycan əsgərinin qüdrəti bildi. Bu qüdrət dünyəvi qüdrətdir.

Şuşa döyüşləri haqqında rus mediasında maraqlı bir məqalə dərc edilib. Müəllif Azərbay­can əsgərinin Vətən sevgisinə, döyüş qabiliyyətinə, qətiyyətinə heyrətini gizlədə bilmir: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiy­nin­də, dö­yü­şə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə şəhidini əldən bu­rax­mır­dı. Nəfəs almadan Şuşaya çıxdılar”. Bu kəlmələri Azərbaycanı sevənlər də, Azər­bay­canı gözə götürməyənlər də Azərbaycan Ordusunun müzəffər yürüşünə düşən daha bir işıq kimi oxuyub.

Oktyabrın 3-də Suqovuşan, oktyabrın 4-də Cəbrayıl, oktyabrın 9-da Hadrut, oktyabrın 17-də Füzuli, oktyabrın 21-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 9-da Şuşa azad edildi, . Azərbaycan əsgərinin qələbə ruhunun təntənəsi kimi Şuşada da qalibiyyət bayrağı dal­ğalandı.

Vətən müharibəsi müzəffər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.

Polkovnik Babək Səmidlinin dedikləri diqqəti çəkir: Biz Qələbə qazandıq. Ordumuzun əsgərlərinin əksəriyyəti atalarının doğulduğu rayonu görməyib. Onlar müharibə illərinin uşaq­la­rıdır. Əsgərlərdən biri asudə vaxtlarda söhbət zamanı de­mişdi ki, Ali Baş Komandanın əmriylə başlayacaq döyüşlərdə həm də atalarımızın əvə­zindən döyüşəcəyik. Bu kəlmələri Azər­baycan əsgərinin mənəvi kamilliyinin təsdiqi bildik. Döyüşçülərimiz belə döyüşdü. Və­tən müharibəsi başa çat­dı. Tarixi qələbə qazan­dıq, torpaqlarımızı işğaldan azad etdik. Əs­gər­lərimiz qalib əsgər kimi tərxis ediləcəklər.

Xalq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabr ayının 10-da mü­ra­ciətini Vətən müha­ri­bə­sinin başa çatması kimi dinlədi, həm də bir daha əmin oldu ki, bu müqəddəs döyüşlərin iştirakçıları heç zaman unudulmayacaq. Qazilər də, şəhidlər də: “...Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır”.

Bu haqlı və ədalətli savaşımızda  Türkiyə eynilə bir əsr bundan əvvəl Nuru Paşanın komandanlığında Qafqaz İslam Ordusu kimi tarixin məsuliyyətli bir dövründə azərbaycanlı qardaşlarının yanında yer aldı.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin əvvəllindən sonuna qədər bizim haqlı mübarizəmizi dəstəkləyib,bizim yanımızda oldu. Azərbaycan və Türkiyə əkiz qardaşlar kimi qucaqlaşaraq əbədi bir körpü qurdular.Hər anı qəhrəmanlıqla dolu olan 44 günlük Vətən müharibəsi sayəsində işğal altındakı Azərbaycan torpaqları azad olub, Qarabağın vətən həsrətinə son qoyuldu.

Yanvarın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavini cənab Yunus Emre Karaosmanoğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirildi.

Türkiyənin qardaş dövlət kimi bundan sonrakı tarixi proseslərin gedişatında da hər zaman Azərbaycanın yanında yer alacaqına nəinki biz,bütün dünya inanır.Türkiyə indiyə qədərki fəaliyyəti ilə bunu çoxdan sübuta yetirmişdir.

Bu məqamda qeyd edim ki,Pyotrun Rusiya üçün otuz  ilə,Napaleonun Fransa üçün əlli  ilə gördüyü işi  möhtərəm prezidentimiz İlham Əliyev cənabları Azərbaycan dövlətçiliyi üçün 44 günə etdi..Biz torpaqlarımıza geri döndük.

Sonda buütün bu işləri nəzərə alaraq Milli Məclis tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə Respublikamızın suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda apardığı uğurlu müharibəyə və diplomatik - siyasi mübarizəyə görə Milli Qəhrəman adı və Generalissimus hərbi rütbəsinin verilməsi məsələsini qaldırılmasını olduqca vacib hesab edirəm. Şair demişkən "Sağlığında qiymət verin insanlara". Bu cənab prezidentin halal haqqıdır.


Açar sözlər: