05.03.2021

II, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirməyə start verilib

Martın 5-də Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbində COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq Təhsil İnstitutu Təhsil Texnologiyalar Mərkəzinin regional kuratoru Emil Axundovun rəhbərliyi ilə milli qiymətləndirmə əyani formada təşkil olunub.

Qiymətləndirmə prosesi 5-12 mart tarixlərini əhatə edəcək. Məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir.

 

Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.


Açar sözlər: