05.03.2021

Qarabağın dirçəlişi Azərbaycanın gələcək inkişafı üçün zəmindir

44 günlük Vətən Müharibəsi nəticəsində başda Ali Baş Komandan Cənab İlham Əliyev olmaqla müzəffər Ordumuzun qazandığı böyük Zəfər dövlətimiz üçün yalnız hərbi sahədə deyil, eləcədə bundan sonrakı inkişaf prossesində sosial iqtisadi və siyasi sahədə əldə etdiyi nəaliyyətdir. Qarabağ Zəfəri Qarabağa “Böyük qayıdış”dır, bu Zəfər təkcə Azərbaycanını deyil, ümumilikdə bütün regionun ekoloji, iqtisadi, sosial inkişafı üçün zəmindir, bu Zəfər dövlətimiz tərəfindən beynəlxalq hüquq normalarının bərpasıdır, milli-mənəvi dəyərlərimizə qayıdışdır.

30 illik işğal dönəmində şəhər və kəndlərimizin yeraltı və yerüstü təbii ehtiyatları, milli-mədəni irsimiz, tarixi abidələrimiz erməni vandalları tərəfində acgözlüklə, vəhşiəsinə istismar və məhv edilmişdir. Ağdam, Cəbrayıl, Fizuli şəhərlərindən, rayon və kəndlərimizdən əsər əlamət qalmamışdır. Postkonflikt dövrünün bərpası uzunmüddətli prosses olmaqla yanaşı, həm də böyük maliyyə və resurslar səfərbər edilməsini tələb edir. Artıq məlumdur ki, Qarabağın bərpası məqsədi ilə 2021-ci ilin büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Bununla bağlı görülən digər tədbir isə dövət başçısı Cənab İlham Əliyevin sərəncamına əsasən "Qarabağ Dirçəliş Fondu" nun yaradılmasıdır.

“Böyük Qayıdış” proqramının birinci mərhələsində azad edilmiş ərazilərdə kommunikasiya infrastruktrunun yenidən qurulmas nəzərdə tutulur. Bu proqram üzrə ilk addım yolların çəkilməsi oldu ki , bununla bağlı ilkin işlər də Prezidentin tapşırıqı ilə hələ müharibənin davam etdiyi vaxtan həyata keçirilməyə başlanıldı. Beləliklə uzunluğu 21 km olan Tərtər-Suqovuşan, 7,5 km olan Suqovuşan-Talış yolu bərpa edilib. Bundan başğa Talış-Çaylı kəndləri arasında, Talış kəndindən Naftalana qədər olan ərazidə yeni yolların çəkilməsi planlaşdırılır. Yanvarın 14-ü isə Prezident İlham Əliyev Şuşaya səfəri zamanı hazırda tikintisi aprılan və Prezidentin “Qələbə yolu” adlandırdığı Fizulu-Şuşa yolunun təməli qoyuldu. Artıq tikintisinə başlanan digər yol Toğanlı-Kəlbəcər yoludur ki, bu yol da Kəlbəcərdən Laçın rayonuna kimi uzanacaqdır. Ərazidə dəmir yollarının bərpası və yenidən qurulması işləri də davam etməkdədir, bunlardan biri 45 km uzunluğu olan Bərdə-Ağdam dəmiryolu xəttidir ki, tikintisi üçün ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.

Qarabağın bərpası ilə bağlı qurucluq işləri dövlətin əsas diqqət mərkəzində olmaqla, intensiv şəkildə həyata keçirilir. Ərazidə inşa edilmiş mühüm müəssə və obyeklərin təməlinin Prezident tərəfindən qoyulması özü özlüyündə bu layihələrin nə dərəcədə vacib və həyati önəm daşıdığını göstərir. “Böyük qayıdış”ın reallaşması üçün əsas və vacib məsələlərdən biri də böyük şəhərlərin bərpası və yenidən qurulmasdır ki, bu işlə bağlı artıq bir sıra layihə və planlar hazırlanmışdır. Şəhər və kəndlərdə minalardan təmizlənmə işləri, infrostrukturun bərpası, yeni binalar, məktəblər, xəstəxanaların inşa edilməsi, kommunikasiya xətlərinin bərpası üçün bütün güclər səfərbər edilmişdir. Pilot layihələrin icrasına artıq star verilmişdir. Bərpaetmə layihələrindən biri də “Ağıllı kənd” layihəsidir , bu layihə ilk olaraq Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərində icra olunacaq. Bu layihələrin reallaşmasında 5G texnologiyalarına üstünlük verilir. Bərpa işləri artıq Şuşa şəhərində də icra olunmaqdadır. Bu şəhəri dövlət başçımızın Azərbaycanın mədəni mərkəzi elan etməsi burada yeni həyatın başladığını xəbər verir deyə bilərik. Şəhərin bərpası zamanı qarşıya qoyulan əsas vəzifələrdən biri buradakı tarixi-mədəni irsin , tarixi və dini abidələrin mövcud vəziyyətinin, dayanıqlığının təyin edilməsi istiqamətində lazımi işlərin aparılmasıdır. İlkin olaraq şəhərin su və elektrik təchizatının bərpası təmin edilmişdir.

Bir sözlə Azərbaycan işğaldan azad edilmiş ərazilərinə qayıtdıqca, həmin ərazilərdə həyat canlanır. Görülməkdə olan digər bərpa-quruculuq işlərinə misal olaraq yanvarın 14-ü təməli qoyulmuş Fizuli hava limanını göstərmək olar , bu layihənin icrasının ərazinin həm iqtisadi inkişafına böyük təsiri olacaq, həm də Prezidentin dediyi kimi xarici qonaqların Fizuli Beynəlxalq Hava Limanına gələrək, buradan Şuşaya rahat gedə bilmələri üçün şərait yaradacaqdır, bu isə ərazidə turizmin inkişafına müsbət təsir edəcəkdir. Azad edilmiş ərazilərdə ikinci hava limanı isə Kəlbəcər və ya Laçın rayonları ərazisində inşa edilməsi nəzərdə tutulmuşdur.

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədə çatmaq üçün də bir sıra tədbirlər planı həyata keçirilməkdədir. Belə ki, Laçında “Güləbird” , Suqovuşanda “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında təmir iuşlərinə başlanılıb. Digər tərəfdən isə Cəbraylda “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikintisini başa çatdırılması nəzərdə tutulub, bunlar da işğaldan azad edilmiş ərazilərin enerji təminatında böyük əhəmiyyət kəsb edəcəkdir.

Azərbaycan işğaldan azad edilmiş ərazilərin tam bərpası üçün bütün resurslardan istifadə etməklə bu əraziləri bir cənnətə çevirmək niyyətindədir. Bərpaetmə işlərinin daha tez və intensiv həyata keçirilməsi üçün dost ölkələr və şirkətlərin bu işə cəlb edilməsi məsələsi də əsas prioritet məsələlərdən biridir. Qarabağın malik olduğu zəngin təbii ehtiyatlar, strateji mövqeyi, iqlimi və digər resursları xarici investorların maraqların səbəb ola biləcək amillərdəndir. Bu regionun 80 milyonluq İran, 83 milyonluq qardaş Türkiyə bazarlarına çıxma imkanının olması ixracat yönlü sərmayələr qoyuluşu üçün cəlbedicidir. Artıq bir sıra xarici dövlətlərin iri və orta biznes nümayəndələri Qarabağın bərpası içində yaxından iştirak etmək niyyətində olduqlarını Azərbyacan hökumətinə bildirmişdirlər. Həmən istiqamətdə ilk addım atan İnnovasiyalar Agentliyi Türkiyənin Qocaeli vilayətindəki Gebze Mütəşəkkil Sənaye Bölgəsində fəaliyyət göstərən texnoparkla memorandum imzalayıb. Memorandumda Qarabağda yüksək texnologiyalar parkı qurulması nəzərdə tutulur. Onu da qeyd edək ki, Macarıstan İxrac-idxal Bankı ölkənin Qarabağda bərpa işlərində iştirak etmək istəyən şirkətləri üçün 100 milyon ABŞ dolları həcmində kredit xətti ayırıb. Qonşu İran dövlətindən də Qarabağdakı quruculuq və bərpa işlərində iştirak etməklə bağlı bir sıra təkliflər irəli sürülüb.

Postkonflikt quruculuğu Azərbaycan iqtisadiyyatının və ərzaq təhlükəsizliyinin təmin edilməsində çox mühüm rol oynayacaqdır. Dövlət başçısı Cənab İlham Əliyevin siyasi əzmi və iradəsi sayəsində Qarabağ yenidən canlanacaq, inkişaf edəcək, bu inkişaf isə Azərbaycanın iqtisadi inkişafına daha böyük töhfələr verəcəkdir.


Açar sözlər: