05.03.2021

Zona seminarı keçirilib

Martın 4-də Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları rayonun Nərimanabad, Balıqçılar, Üzümçülük qəsəbə və Nərimanabad kənd tam orta məktəblərinin rəhbər heyyəti və buraxılış siniflərində  Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərini tədris edən müəllimlərin iştirakı ilə mövcud pandemiya qaydalarına uyğun şəkildə zona seminarı keçirib.

Seminarda 2019-2020-ci tədris ilində IX siniflərdə imtahan nəticələrinin təhlili və bu istiqamətdə irəliləmə və bəzi hallarda geriləmə dinamikası müzakirə olunub. Məhsuldar iş prosesində keçən seminarda mövcud karantin şəraitində tədrisin təşkili, fənn olimpiadalarının rayon turunun nəticələri ətraflı müzakirə olunub.

Tədbirlərimiz davam edir.


Açar sözlər: