Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Erkən nikahlar və onların fəsadları” mövzusunda videokonfrans keçirilib.
Konfransda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Rasilə xanım Arifqızı, komissiyanın üzvləri və Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva, rayon ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Konfransda çıxış edən R.Arifqızı uşaq hüquqları haqqında Beynəlxalq konvensiyalar, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verərək bildirdi ki, erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv şağlamlığı ilə bağlı problemlər yaşanır.
Bundan başqa, erkən ailə quran yeniyetmələrin təhsil almasının da böyük sual altında qaldığına diqqəti yönəldib.
Təhsil Şöbəsinin müdiri erkən nikah problemi ilə bağlı aparılan araşdırmalar, problemin qarşısının alınması məqsədilə pandemiya şəraitində həyata keçirilən tədbirlər və mübarizə yolları barədə iştirakçılara məlumat verib.
Sonda R.Arifqızı maarifləndirici tədbirlərin aparılması ilə bağlı tövsiyələr verib.