02.03.2021

Monitorinqlər davam edir

Martın 2-də Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və şöbənin metodkabinet müdiri Zaur Ağazadə Təhsil şurasının iş planına əsasən M.Əbilov adına Şağlaküçə kənd tam və Velədi kənd ümumi orta məktəblərində tədrisin təşkilinə nəzarət istiqamətində monitorinq keçirib.

Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin pandemiya şəraitində tədris müəssisələrinin idarə olunması və müvafiq əmr və göstərişlərdən irəli gələn tapşırıqların yerlərdə icrası yoxlanılıb.

Məktəblərdə sosial məsafələrin qorunması, siniflərin dezinfeksiya olunması və şagird kontingentinin Nazirliyin təlimata uygun olaraq siniflərdə yerləşdirilməsi prosesi izlənilib və aparılan dərs prosesləri yoxlanılıb.

Monitorinqin sonunda Şöbənin müdiri Ülviyyə xanım Əliyeva təhsil müəssisələrinin pedaqoji kollektivlərinə və rəhbərlərinə tapşırıq və tövsiyyələr verib.


Açar sözlər: