02.03.2021

Olimpiada iştirakçıları ilə onlayn görüş

Martın 1-də Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva Respublika Fənn Olimpiadalarının rayon mərhələsinin qalibləri və onların fənn müəllimləri ilə onlayn görüş keçirib.

Görüşdə Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva şagirdləri və onların fənn müəllimlərini Olimpiada turunun rayon mərhələsində qazandıqları ugur münasibətilə təbrik edib. Qarşılıqlı diskusiya şəraitində baş tutan onlayn görüşdə şagirdlər öz sevinc dolu təəssüratlarını bölüşüblər.  Onlarla yanaşı fənn  müəllimləri də çıxış ediblər. 

Sonda Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva şagirdlərə iştirak edəcəkləri növbəti yarımfinal mərhələsində uğurlar arzulayıb.

Qeyd edək ki, 10-12 fevral 2021-ci il tarixində keçirilən Respublika Fənn Olimpiadalarının rayon mərhələsinin nəticələri açıqlanıb. Olimpiada mərhələsinin rayon turunda Lənkəran ümumtəhsil məktəblərini 527 şagird təmsil edib. Bu mərhələdə rayonumuzun 107 şagirdi Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.