01.03.2021

“Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı onlayn tədbir keçirilib

Martın 1-də “Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar olaraq Lənkəran şəhər Gənclər və İdman idarəsi, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda videokonfrans formatında onlayn tədbir keçirilib.

Tədbirdə Lənkəran şəhər Gənclər və İdman idarəsinin, FHN-in Cənub Regional Mərkəzinin, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları, rayonun ümumtəhsil müəssisələrinin müəllim və şagirdləri iştirak ediblər.

Görüşdə çıxışlar dinlənilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,