01.03.2021

Monitorinqlər davam edir

Martın 1-də Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və şöbənin aparacı məsləhərtçisi Cəmil Axundzadə Təhsil şurasının iş planına əsasən Qumbaşı kənd tam orta məktəbində tədrisin təşkilinə nəzarət istiqamətində monitorinq keçirib.

Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin pandemiya şəraitində tədris müəssisələrinin idarə olunması və müvafiq əmr və göstərişlərdən irəli gələn tapşırıqların yerlərdə icrası yoxlanılıb.

Məktəbdə sosial məsafənin qorunması, siniflərin dezinfeksiya olunması və şagird kontingentinin Nazirliyin təlimata uygun olaraq siniflərdə yerləşdirilməsi prosesi izlənilib və aparılan dərs prosesləri yoxlanılıb.

Monitorinqin sonunda Şöbənin müdiri Ülviyyə xanım Əliyeva məktəbin pedaqoji kollektivinə və rəhbərliyinə tapşırıq və tövsiyyələr verib.


Açar sözlər: ,