26.02.2021

Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbirləri keçirilib

26 fevral Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bu faciə erməni qəsbkarları tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklərlə həyata keçirilib.

Lənkəran ŞTŞ-nin tədbirlər planına uyğun olaraq 26 fevral Xocalı soyqırımının 29–cu ildönümü ilə bağlı rayonun ümumtəhsil məktəblərində pandemiya şəraiti gözlənilməklə tədbirlər keçirilib. Rayonun bütün şəhər və kənd məktəblərində ilk dərslər Xocalı qurbanlarının xatirəsinə həsr edilib. Məktəblərdə Xocalı soyqırımı ilə əlaqədar tədbirlər keçirilib, video təqdimatlar hazırlanıb və sərgilər nümayiş etdirilib.

Keçirilən tədbirlərdə Xocalı qurbanlarının xatirəsi yad edilib, Ermənistanın Azərbaycan torpaqlarının işğalı və onların ağır nəticələri barədə danışılıb, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı ordusunun 44 gün ərzində apardığı Zəfər müharibəsi, Vətən torpaqlarının azad olunması haqqında şagirdlərə dolğun məlumat verilib.

Sonda Xocalı şəhidlərinin və xalqımıza Zəfər tarixini yaşadan bütün şəhidlərimizin əziz xatirəsi yad edilib.


Açar sözlər: