27.02.2021

Təhsil Şürasının növbəti onlayn iclası

Fevralın 27-də Lənkəran Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti onlayn iclası keçirilib. İclasda Təhsil Şöbəsinin əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin rəhbərləri istirak ediblər.

Şöbə müdiri Ülviyyə xanım Əliyeva şura iclasını giriş sözü ilə açaraq gündəliyi elan edib.

Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıb. Şöbənin metodkabinet müdiri Z.Ağazadə “Şəhər 1 nömrəli” və şöbənin aparıcı məsləhətçisi V.Şahbazov “Yuxarı Nüvədi kənd tam orta məktəblərində pandemiya şəraitində tədrisin idarə olunması və aparılmış manitorinqin nəticələri haqqında” məlumat veriblər. Müzakirə olunan məsələlər barədə müvafiq qərar qəbul edilib.

Cari məsələlər haqqında N.Əkbərov, C.Axundov və K.Məmmədov məlumat veriblər.

Sonda Şəhər 4 nömrəli hümanitar təmayüllü məktəb-liseyinin X sinif şagirdi Hüseynzadə Allahverən Pərviz oğlu “Vətən yaxşıdır” adlı onlayn respublika mahnı müsabiqəsində III yer tutduğuna görə və Xocalı faciəsinin 29-cu ildönümü münasibəti ilə keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.


Açar sözlər: ,