Fevralın 8-dən 11-nə kimi Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və şöbənin əməkdaşları şəhər 2, 3, 4, 5, 6, 10 nömrəli, Sütəmurdov, Şürük, Digah, Səpnəkəran, Separadi və Tükəvilə kənd tam orta məktəblərində V-IX sinifərin tədrisə başlaması ilə əlaqədar və tədrisin təşkilinə nəzarət istiqamətində monitorinq keçirib.
Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin pandemiya şəraitində tədris müəssisələrinin idarə olunması və müvafiq əmr və göstərişlərdən irəli gələn tapşırıqların yerlərdə icrası yoxlanılıb.
Məktəblərdə sosial məsafələrin qorunması, tədris korpuslarının dezinfeksiya olunması və şagird kontingentinin Nazirliyin təlimata uygun olaraq siniflərdə yerləşdirilməsi prosesi izlənilib və aparılan dərs prosesləri yoxlanılıb.
Sonda Şöbənin müdiri Ülviyyə xanım Əliyeva təhsil müəssisələrinin rəhbərlərinə öz tapşırıq və tövsiyyələrini verib.
Monitorinqlər davam edir.