Fevralın 10-da riyaziyyat və kimya fənləri üzrə respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib.
Rayon turunun birinci mərhələsi şəhər 5 nömrəli tam orta məktəbində təşkil olunub. Üç mərhələdə keçirilən rayon turunun birinci mərhələsində riyaziyyat və kimya fənləri üzrə şagirdlərimiz öz biliklərini sınayıb.
Mərhələnin mərkəzdə təşkilatı işinin səviyyəsinin öyrənilməsi məqsədi ilə Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və şöbənin əməkdaşları mərkəzdə olublar.
Fənn olimpiadalarının rayon mərhələsi Təhsil Nazirliyinin əməkdaşı K.Mirzəzadənin rəhbərliyi ilə keçirilib.
Qeyd edək ki, 11 fevral 2021-ci il tarixində fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə, 12 fevral 2021-ci il tarixində isə tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar təşkil ediləcək.