Yanvarın 19-da Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva ümumtəhsil məktəblərinin direktorları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn müşavirə keçirib.
Müşavirədə Təhsil Şöbəsinin əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər.
Onlayn müşavirədə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva çıxış edərək 1990-cı ilin 20 Yanvar faciəsindən 31 il keçdiyini, 20 Yanvar faciəsinin Azərbaycan dövlətinin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb.
Bildirib ki, bu tarix Azərbaycan xalqının yaddaşında əbədi olaraq ümumxalq hüzn günü kimi qalsa da, əslində qəhrəmanlıq və mübarizlik tariximizin ən şanlı səhifələrindən biridir. Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, azadlıq istəyimizin oyanış günüdür.
Mövzu ətrafında Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi N.Əkbərov, V.Şahbazov və C..Axundzadə çıxış ediblər
.