27.11.2020

Lənkəran Şəhər Təhsil Şöbəsi onlayn müşavirə keçirib

Noyabrın 26-da Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva ümumtəhsil məktəblərinin direktorları ilə onlayn müşavirə keçirib. Müşavirədə Təhsil Şöbəsinin əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər.

Onlayn müşavirədə “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 16 noyabr 2020-ci il tarixli, F-512 nömrəli əmrinin icrası ilə bağlı qarşıda duran vəzifələr, rayon üzrə virtual məktəb-statistik  nəticələrin  təhlili  barədə məsələlər  müzakirə edilib.

Gündəlikdə duran məsələlər haqqında Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və müdir müavini Güloğlan Bağırov geniş məlumat verib.

Müşavirədə cari məsələlər barədə Təhsil Şöbəsinin müdir müavini G.Bağırov və şöbənin aparıcı məsləhətçiləri N.Əkbərov, C.Axundzadə, V.Şahbazov məlumat verərək qarşıda duran vəzifələrdən danışıblar.

Müşavirənin sonunda məktəb rəhbərlərinin fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və müdir müavini Güloğlan Bağırov tərəfindən cavablandırılıb.

Sonda Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva müşavirəni yekunlaşdırıb.


Açar sözlər: