16.11.2020

Lənkəran Şəhər Təhsil Şöbəsi onlayn müşavirə keçirib

Noyabrın 16-da Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva ümumtəhsil məktəblərinin direktorları ilə onlayn müşvirə keçirib.

Müşavirədə Təhsil Şöbəsinin əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin rəhbərləri  iştirak ediblər.  

Müşavirəni Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva açaraq başda Ali Baş Komandan İlham Əliyev olmaqla Ordumuzun II Qarabağ müharibəsində qazandığı tarixi qələbə münasibətilə məktəb rəhbərlərini və şöbənin əməkdaşlarını təbrik edib, şəhidlərimizə rəhmət, yaralılarımıza Allahdan şəfa diləyib.

Sonra gündəlikdə duran rayonun ümumtəhsil məktəblərində virtual dərslərin  aparılması, ümumtəhsil məktəblərində şagirdlərin yerdəyişməsi, sinif jurnallarının yazılması  qaydaları  haqqında məsələlər müzakirə edilib.

Gündəlikdə duran məsələlər haqqında Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və müdir müavini Güloğlan Bağırov geniş məlumat verib.

Müzakirələrdə Təhsil Şöbəsinin metodistləri S.Kələntərli, N.Rəhimova, K.Məmmədov iştirak ediblər.  

Müşavirənin sonunda məktəb rəhbərlərinin fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar Təhsl Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və müdir müavini Güloğlan Bağırov tərəfindən cavablandırılıb.

Sonda Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva müşavirəni yekunlaşdırıb.


Açar sözlər: