Sentyabrın 25-də Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva ümumtəhsil məktəblərinin direktorları ilə onlayn müşavirə keçirib. Müşavirədə Təhsil Şöbəsinin əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər. Onlayn müşavirə təhsil müəssisələrində payız-qış mövsümünə hazırlıqla bağlı Təhsil Nazirliyinin 22.09.2020-ci il tarixli F-447 nömrəli, ümumtəhsil müəssisələrində monitorinqin aparılması barədə Təhsil Nazirliyinin 23.09.2020-ci il tarixli F-448 nömrəli əmrinin icrası ilə bağlı qarşıda duran vəzifələr haqqında məsələlər müzakirə olunub.
Gündəlikdə duran məsələlər haqqında Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və müdir müavini Güloğlan Bağırov geniş məlumat verib.
Müşavirədə cari məsələlər barədə Təhsil Şöbəsinin müdir müavini G. Bağırov və şöbənin aparıcı məsləhətçiləri V.Şahbazov və C.Axundzadə məlumat verərək qarşıda duran vəzifələrdən danışıblar.
Müşavirənin sonunda məktəb rəhbərlərinin fikir və rəyləri dinlənilib, sualları Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və müdir müavini Güloğlan Bağırov tərəfindən cavablandırılıb.
Sonda Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva müşavirəni yekunlaşdırıb.