İyulun 8-də Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva ümumi təhsil məktəblərinin direktorları və tədris işləri üzrə direktor müavinləri ilə Microsoft Teams platforması üzərindən onlayn müşavirə keçirib. Müşavirədə məktəblərin direktorları və tədris işləri üzrə direktor müavinləri, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları iştirak ediblər.
Müşavirədə 2019-2020-ci tədris ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunub.
Gündəlikdə duran məsələlər haqqında Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və müdir müavini Güloğlan Bağırov geniş məlumat verib.
Sonda onlayn müşavirə iştirakçılarının sualları Ülviyyə xanım Əliyeva, Güloğlan Bağırov, Zaur Ağazadə və Ülkər Bəşirova tərəfindən cavablandırılıb.