08.07.2020

Buraxılış imtahanlarında Lənkəran rayonunun iki məzunu respublika üzrə yuksək nəticə göstərib

Dövlət İmtahan Mərkəzinin 18 və 19 iyun 2020-ci il tarixlərində XI sinif şagirdləri üçün keçirtdiyi buraxılış imtahanlarının nəticələrinə əsasən, imtahan iştirakçıları arasında respublika üzrə ən yüksək nəticəni - 297.1 bal toplayan Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin məzunu Abbaslı Həsən İskəndər oğlu və üçüncü ən yüksək nəticəni isə 288.9 bal toplayan Lənkəran rayonu Liman şəhər 2 nömrəli tam orta məktəbin məzunu Əzimzadə Rüstəm Eyvaz oğlu göstərib.

Lənkəran Şəhər Təhsil Şöbəsi məzunlarımızı təbrik edir və onlara uğurlar arzulayır.


Açar sözlər: ,