Fevralın 27-də Lənkəran Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti iclası keçirilib. Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin rəhbərləri istirak ediblər.
Şöbə müdiri Aslan İbrahimov şura iclasını giriş sözü ilə açaraq gündəliyi elan edib. Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıb. Təhsil Nazirliyinin menecceri Pərviz Babacanov “14 dekabr 2019-cu il tarixdə rayonun ümumtəhsil məktəblərinin IX siniflərində ana dili, riyaziyyat və xarici dil üzrə keçirilmiş sınaq qymətləndirmənin nəticələri haqqında”, şöbənin metodisti Zabitə Cəfərova “Haftoni qəsəbə tam orta məktəbinin coğrafiya müəllimi Quluzadə Aynurə Telman qızının qabaqcıl iş təcrübəsi haqqında”, şöbənin aparıcı məsləhətçiləri Sabir Əliyev və Mais Quliyev “Boladi 1 nömrəli və Vilvan kənd tam orta məktəblərində aparılmış manitorinqin nəticələri haqqında” məlumat veriblər. Müzakirə olunan məsələlər barədə müvafiq qərar qəbul edilib.
Cari məsələlər haqqında C.Axundov, K.Məmmədov, N.Əkbərov və E.Abbasova məlumat veriblər.
Sonda Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov şura iclasını yekunlaşdırıb.