13.02.2020

Şəhər 6 nömrəli məktəb-liseydə görüş

Fevralın 13-də S.Kazımbəyov adına şəhər 6 nömrəli məktəb-liseyində müəllim və şagird kollektivi ilə Lənkəran ŞRPŞ-nın rəisi, polis polkovniki Fəqan Azadəliyevlə görüş keçirilib.

Görüşdə geniş məruzə ilə çıxış edən F.Azadəliyev təlim-tərbiyə sahəsində rayonun ümumtəhsil  müəssisələrində  qazanılan uğurlarla yanaşı rayonda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə, erkən nikahlara və dini radikalizmə qarşı aparılan mübarizə sahəsində görülmüş işlərdən konkret faktlar əsasında ətraflı bəhs edib.

Görüşdə Lənkəran ŞTŞ-nın müdiri Aslan İbrahimov çıxış edərək  gündəlikdəki  məsələlərlə bağlı pedaqoji kollektivlərin və valideynlərin öhdəsinə düşən vəzifələrdən geniş bəhs edib.

Sonda görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.


Açar sözlər: ,  ,  ,  ,