30.01.2020

Regional görüş

Yanvarın 30-da T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəbinin akt zalında Lənkəran, Lerik, Masallı, Cəlilabad rayonları ümumtəhsil məktəbləri rəhbərləri, gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri və yuxarı sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikası Mudafiə Nazirliyi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə və Azərbaycan Tibb Universiteti Hərbi tibb fakultəsinə 2020-ci ildə qəbul şərtlərinin çatdırılması, təbliğatı və izahedici işlərin aparılması məqsədilə regional görüş keçirilib.

Görüşü Lənkəran ŞTŞ-nın metodisti Kamran Məmmədov açıb. Gündəlikdə duran məsələ barəsində Mudafiə Nazirliyinin zabiti Zöhrab Hacıyev məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallara cavab verilib.