28.01.2020

Şəhər Təhsil Şöbəsinin illik hesabat yığıncağı keçirilib

Yanvarın 28-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Şəhər Təhsil Şöbəsinin illik hesabat yığıncağı keçirilib.

Yığıncaqda Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov 2019-cu ildə Lənkəranda təhsil sahəsində görülmüş işlərdən, uğurlardan və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib.  Məruzə ətrafında müdir müavini Güloğlan Bağırov və başqaları çıxış ediblər.

Yığıncağın işində Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə xanım Arif qızı iştirak edib. O, çıxışında görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.


Açar sözlər: ,  ,  ,