Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə" 29 noyabr 2019-ci il tarixli, F-703 nömrəli əmrinin icrası istiqamətində 27 yanvar 2020-ci il tarixdə T.Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbində Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması və onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “Ədəbiyyat biliciləri" müsabiqəsinin rayon mərhələsi keçirilib.
Müsabiqədə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri A.İbrahimov, müdir müavini G.Bağırov, metodist S.Kələntərli iştirak ediblər. Təhsil Şöbəsinin müdiri A.İbrahimov müsabiqə iştirakçılarını təbrik edərək onlara təhsil sahəsində uğurlar arzulayıb.