Yanvarın 12-də respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib.
Lənkəranda bu mərhələ iki məktəbdə, şəhər 2 nömrəli tam orta məktəbində və şəhər 4 nömrəli məktəb-liseydə keçirilib.
Ümumilikdə bu olimpiadalarda 780 nəfər şagird iştirak edib. Təhsil Şöbəsinin müdiri A.İbrahimov, müdir müavini G.Bağırov olimpiadanın gedişini muşahidə edib.
Fənn olimpiadalarının rayon mərhələsi Təhsil Nazirliyinin əməkdaşları K.Mirzəzadə və R.Lətifovun nəzarəti altında keçirilib.