27.12.2019

“Mənəvi dəyərlərimizin qorunması və təbliğində gənclərin rolu” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran  Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə rayonun Velədi kənd ümumi orta məktəbində tədbir keçirilib.

“Mənəvi dəyərlərimizin qorunması və təbliğində gənclərin rolu” mövzusunda baş tutan tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran ŞTŞ-nin  əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Mahizər Məcidova, müəllimlər və şagirdlər iştirak edib.

Çıxışlar zamanı milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan və zərərli vərdişlərdən qorunmasında mənəvi dəyərlərimizin mühüm rolu olduğu qeyd edilib. Gənclərimizin zəngin milli-mənəvi dəyərlərimiz əsasında və vətənpərvərlik ruhunda formalaşmasının əhəmiyyətinə diqqət çəkilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.