26.12.2019

“Gənclərin radikal dini təsirlərdən və zərərli vərdişlərdən qorunmasında mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

Dekabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran  Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə rayonun R.Dadaşov adına Sütəmurdov kənd tam orta məktəbində  tədbir keçirilib.

“Gənclərin radikal dini təsirlərdən və zərərli vərdişlərdən qorunmasında mənəvi dəyərlərimizin rolu” mövzusunda baş tutan tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Cəmil Axundzadə, məktəbin direktoru Kamran Əliyev, müəllimlər və şagirdlər iştirak edib.

Çıxışlar zamanı gənclər arasında mənəvi dəyərlərin təbliğ edilməsinin zəruriliyi qeyd edilib. Radikal dini cərəyanlar və zərərli vərdişlər barədə məlumat verilərək vurğulanıb ki, gənclərimizin yad təsirlərdən qorunması olduqca vacibdir.

            Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.