Dekabrın 26-da Lənkəran Şəhər Təhsil Şöbəsinin rəhbərliyi rayonun Diryan kənd tam orta məktəbində olub.
Şöbə müdiri Aslan İbrahimov məktəbdə tədrisin vəziyyəti və şagirdlərin dərslərə davamiyyəti ilə maraqlanıb, şagirdlərlə söhbətlər aparıb.
Məktəbin müəllim kollektivi ilə görüşdə tədrisin vəziyyəti, problemlər və tərbiyə məsələləri ilə bağlı müzakirələr aparıb, fikir və tövsiyələrini bildirib.
Sonda məktəbin həyətində müəllim və şagird kollektivi ilə xatirə şəkli çəkdirilib.