Dekabrın 25-də Lənkəran Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti iclası keçirilib. Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin rəhbərləri istirak ediblər.
Şöbə müdiri Aslan İbrahimov şura iclasını giriş sözü ilə açaraq gündəliyi elan edib. Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıb. Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri Nəsir Əkbərov və Cəmil Axundzadə şəhər 8 nömrəli tam orta və Daşdalıqjar kənd ümumi orta məktəblərində aparılmış monitorinqin nəticələri barədə, metodkabinet müdiri Zaur Ağazadə şəhər 1, 6 nömrəli, Viravul 1 nömrəli, Digah, Zövlə və Lüvəsər kənd tam orta məktəblərinin ibtidai siniflərində şagirdlərin oxu, yazı və riyazi bacarıqlarının vəziyyətinin monitorinqinin nəticələri barədə, Təhsil Şöbəsinin müdir müavini G.Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Bakı Dövlət Universitetinin 100 illk yübileyi münasibəti ilə keçirilən mərasimdəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı" Lənkəran ŞTŞ-nın tədbirlər planı və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib. Müzakirə olunan məsələlər barədə müvafiq qərar qəbul edilib.
Cari məsələlər haqqında S.Əliyev, K.Məmmədov və G.Bağırov məlumat veriblər.
Şəhər 7 nömrəli tam orta məktəbinin müəllimi Sehrana Abdullayeva həmkarları Gülnarə Abbasova və Aynur Səlimova ilə birlikdə 02-22 dekabr 2019-cu il tarixdə Təhsil Nazirliyinin xətti ilə qardaş Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən STEM+A layihəsi üzrə təlimlərdə iştirakları barədə Şura yığıncağında məlumat verib və belə təlimlərin əhəmiyyəti barədə bəhs edib.
Sonda Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov şura iclasını yekunlaşdırıb.