25.12.2019

Təhsil Şöbəsində görüş

Dekabrın 25-də Təhsil Şöbəsində Türkiyə Respublikasının İstanbul şəhərində təşkil edilən STEM+A layihəsi üzrə 20 günlük təlimlərdə iştirak edən şəhər 7 nömrəli tam orta məktəbinin müəllimləri Sehrana Abdullayeva, Gülnarə Abbasova və Aynur Səlimova ilə görüş keçirilib.

Görüşdə müəllimlər İstanbul şəhərində keçirilən təlimlər barədə təəssüratlarını və belə təlimlərin əhəmiyyəti barədə danışıblar.

Şəhər Təhsil Şöbəsinin müdiri A.İbrahimov belə təlimlərin müəllimlərimizin təkmilləşməsində yeni təlim metodlarının məktəbə yol açmasında mühüm rol oynadığını qeyd edib.

Sonda xatirə şəkli çəkilib.


Açar sözlər: ,  ,  ,