Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Sağlam ailə-sağlam cəmiyyət” adlı layihə çərçivəsində rayonun Şirinsu kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Cəmil Axundzadə, Şirinsu kənd tam orta məktəbinin direktoru Xanlar Abasov və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxışlar zamanı cəmiyyətimizdə sağlam ailə modelinin qorunmasının vacibliyi vurğulanıb. Narkomaniya, erkən nikahlar və digər zərərli vərdişlərin ailə dəyərlərimizə təhlükə olduğu qeyd edilib. Gənclərimizin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının zəruriliyi ilə bağlı fikirlər diqqətə çatdırılıb.