17.12.2019

İctimai Şuranın Lənkəran təhsil ictimaiyyətinin nümayəndələri ilə görüşü

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planına müvafiq olaraq şura üzvlərinin Lənkəran Şəhər Təhsil Şöbəsində təhsil ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilib. Görüşdə şəhər təhsil şöbəsinin rəhbərliyi, məktəb direktorları, təcrübəli müəllimlər, gənc məktəb direktorları və gənc müəllimlər iştirak ediblər. Tədbiri Lənkəran şəhər təhsil şöbəsinin müdiri Aslan İbrahimov açaraq Lənkəran təhsilinin hazırkı durumu barədə məlumat verib. İctimai Şuranın məsul katibi fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov Şuranın yaranması, illik fəaliyyət planı barədə məlumat verib. Daha sonra Şuranın sədr müavini Nadir İsrafilov çıxış edərək orta ümumtəhsil məktəbləri haqqında yeni qəbul olunmuş qanunlardan və idarəetmədəki yeniliklərdən, müəllim nüfuzunun artırılmasından bəhs edib. Müəllimləri içtimai şura ilə sıx əməkdaşlığa çağırıb. Məktəblərdəki problemlərdən danışıb və təklif etdi ki, qarşılaşdığınız problemləri bizimlə bölüşün, biz sizin təkliflərinizi ümumiləşdirib təhsil nazirliynə təqdim edəcəyik.

Şura üzvü fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev çıxış edərək  Lənkəran rayonunun son iki il ərzindəki nəticələrinin analizlərindən danışıb. Təhsil sahəsində həyata keçirilən islahatlardan, təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən və planlaşdırılan işlər barədə məlumat verib.

Lənkəran şəhər təhsil şöbəsi metodkabinetinin müdiri Zaur Ağazadə, 6 nömrəli məktəb liseyin direktoru Akif Xalıqov, Şağlaküçə kənd orta məktəbin direktoru Məmməd Səfərov, şəhər təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırov, gənc müıllim Röya Nuriyeva və başqaları cıxış ediblər. Bütün çıxışlar dinlənildi və verilən sualları şura üzvləri cavablandırdılar.

Ümümilikdə tədbir boyu müzakirələrdə ortaya çıxan məsələlərin içtimai şurada müzakirə olunub təkliflər halına salındıqdan sonra Təhsil Nazirliyinə təqdim ediləcək.

Tədbirdən sonra şura üzvləri şəhər 6 nömrəli məktəb-liseydə və Şilavar kənd tam orta məktəbində olub, müəllim və şagird kollektivi ilə görüşüb, şəraitlə tanış olub və tövsiyələrini bildirib, onları maraqlandıran sualları cabalandırıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil Nazirliyinin və onun qurumlarının  fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, nazirliklə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, Təhsil Nazirliyi və onun yerli idarəetmə orqanlarının fəaliyyətində aşkarlıq və şəffaflığın təmin olunması, təhsil sahəsində siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların maraqlarının öyrənilməsi, təhsil subyektlərinin qanuni maraqlarının təmin və müdafiə edilməsi məqsədilə yaradılıb.


Açar sözlər: ,  ,  ,