Dekabrın 14-də IX siniflər üçün buraxılış sınaq imtahanı keçirilib. İmtahan Azərbaycan və Rus bölmələri üzrə 3 fənndən Azərbaycan dili (Rus dili), Riyaziyyat və Xarici dildən (ingilis, fransız, rus) ibarət olub. Sınaq imtahanları 6 mərkəzdə-şəhər 2, 4, 8 nömrəli, Liman şəhər 1 nömrəli, Hirkan qəsəbə və Vilvan kənd tam orta məktəblərində keçirilib.
Ümumilikdə rayonun ümutəhsil müəssisələrində təhsil alan 2573 şagirddən 2520 nəfər imtahanda iştirak edib.