Britaniya Şurası Təşkilatının (British Council) təşkilatçılığı və Təhsil Nazirliyinin razılığı ilə “Gələcəyin ingilis dili” proqramını həyata keçirilir. Proqramın əsas məqsədi məktəb təhsilində ingilis dilinin təlim və tədrisinin keyfiyyətinin artırılması, ali təhsil alan məktəb məzunlarının ingilis dili biliklərinin aşağı səviyyədə olması problemini həll etmək üçün gələcək innovasiyaları dəstəkləyən tədqiqatların aparılması və dəlillərin toplanmasıdır. Bu tədqiqat Lester Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.
Bu məqsədlə Beynəlxalq mütəxəssis Mark Windalen 06 dekabr 2019-cu il tarixdə S.Kazımbəyov adına şəhər 6 nömrəli məktəb-liseydə olub, siniflərdə müşahidələr aparıb, şagirdlər, müəllimlər və valideynlərlə görüşüb. O, British Council-in məktəbdə təşkil etdiyi ingilis dili mərkəzi ilə tanış olub onun rəhbəri məktəbin ingilis dili müəllimi Zülfiqarlı Ülkər Nürəddin qızının mərkəzdə gördüyü işlərlə maraqlanıb və işlərin düzgün formatda olduğunu bildirib.
Sonda mərkəzin üzvləri ilə xatirə şəkli çəkdirilib.