Polşanın Torun şəhərində uşaqların və Gənclərin XXI Beynəlxalq Qrafika Müsabiqəsində Lənkəran Şəhər Uşaq–Gənclər İnkişaf Mərkəzinin “Təsviri sənət” dərnəyinin üzvü, şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin şagirdi Qədirli Aysun Rasim qızı iştirak edərək qalib gəlib. O, müsabiqənin medalı və qiymətli hədiyəsi ilə təltif olunub.
Bu münasibətlə Aysun Qədirli Təhsil Şöbəsinin müdiri A.İbrahimov tərəfindən qəbul olunub. Aslan müəllim Aysunu təbrik edib və ona yeni -yeni uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.