29.11.2019

“Dini radikalizm və zərərli vərdişlərə qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran  Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə rayonun Digah kənd tam orta məktəbində “Dini radikalizm və zərərli vərdişlərə qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin  əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Aynur Mirzəyeva, müəllimlər və şagirdlər iştirak edib.

Çıxışlar zamanı dini radikalizm və onun mahiyyəti haqqında məlumat verilib. Gənclərin radikal dini  təsirlərdən və zərərli vərdişlərdən qorunma yolları haqqında söhbət aparılıb. Gənclər arasında milli-mənəvi dəyərlərimizin geniş təbliğ edilməsinin əhəmiyyəti qeyd edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.