27.11.2019

“Gənclərin radikal dini təsirlərdən və zərərli vərdişlərdən qorunması”

Noyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran  Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə rayonun Şiləvar  kənd tam orta məktəbində “Gənclərin radikal dini təsirlərdən və zərərli vərdişlərdən qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin  əməkdaşı Cəmil Axundzadə, müəllimlər və şagirdlər iştirak edib.

Çıxışlar zamanı yeniyetmə və gənclərin yad dini ideologiyalardan, zərərli vərdişlərdən qorunmasının vacibliyi diqqətə çatdırılıb. Radikal dini qruplar və onlara qarşı aparılan mübarizə tədbirləri, habelə narkomaniya əleyhinə həyata keçirilən işlər haqqında məlumat verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,