Noyabrın 28-də Lənkəran Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti iclası keçirilib. Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin rəhbərləri istirak ediblər.
Şöbə müdiri Aslan İbrahimov şura iclasını giriş sözü ilə açaraq gündəliyi elan edib. Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıb. Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri Nəsir Əkbərov və Mais Quliyev Şağlaser kənd tam orta və Daşdatük kənd ümumi orta məktəblərində aparılmış monitorinqin nəticələri barədə, metodkabinet müdiri Zaur Ağazadə şəhər 5,10 nömrəli, Bəlləbur, Viravul 2 nömrəli və Ləj kənd tam orta məktəblərində kimya fənninin tədrisi vəziyyəti haqqında arayış verib və qarşıda duran vəzifələrdən bəhs ediblər. Müzakirə olunan məsələlər barədə müvafiq qərar qəbul edilib.
Cari məsələlər haqqında A.Aslanov, K.Məmmədov, C.Axundzadə, E.Abbasova, A.Əliyev və G.Bağırov məlumat veriblər.
Sonda Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov şura iclasını yekunlaşdırıb.